Sabirabadda baş verən qəzada sürücü ölüb, 3 nəfər xəsarət alıb

Sabirabad rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, qəza Hacıqabul-Sabirabad yolunda, rayonunun Surra kəndi ərazisindən keçən hissəsində baş verib. Sabirabad rayonunun Yolçubəyli kənd sakini, 40 yaşlı Teyyub Qulaməli oğlu Mikayılovun idarə etdiyi "Toyota Prado" markalı avtomobil sürətlə hərəkətdə olarkən idaretməni itirib və yoldan çıxaraq aşıb. Nəticədə sürücü və 3 nəfər sərnişin müxtəlif dərəcəli xəsarətlərlə Şirvan mərkəzi şəhər xəstəxanasına yerləşdirilib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən sürücü aldığı ağır kəllə-beyin travmasından orada keçinib.

Faktla bağlı Sabirabad polis şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR