Sabirabadda baş verən qəzada 6 nəfər xəsarət alib

Sabirabadda baş verən qəzada sürücülər və sərnişinlər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan-Sabirabad rayonunun Şıxsalahlı kəndindən keçən hissəsində qeydə alınıb.

Sabirabad rayon sakini, 1987-ci il təvəllüdlü Vəliyev Dilqəm Oruc oğlunun idarə etdiyi “VAZ-2107” markalı 90 DZ 089 dövlət nömrə nişanlı avtomobillə Şirvan sakini, 1987-ci il təvəllüdlü Baxşıyev İlham Əli oğlunun idarə etdiyi “QAZ-31” markalı 18 BC 111 dövlət nömrə nişanlı avtomobil toqquşub. Nəticədə hər iki sürücü və avtomobillərdə olan sərnişinlər - Şirvan sakinləri, 2001-ci il təvəllüdlü Qarayev Ramal İlkin oğlu, 2005-ci il təvəllüdlü Qədirov Rəşad Emin oğlu, Qaratoğay kənd sakini, 1957-ci il təvəllüdlü Kazımov Lazım Hüseyn oğlu, 2002-ci il təvəllüdlü Qədirov Səmid İlqar oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər. Sonuncunun vəziyyəti ağır olduğundan, xəstəxananın reanimasiya şöbəsinə köçürülüb.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR