Sabirabadda ağır qəza - SÜRÜCÜ ÖLDÜ

Sabirabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, qəza rayonun Bulaqlı kəndi ərazisində qeydə alınıb. Saatlı sakini, 1959-cu il təvəllüdlü Fərzəli Fərzəliyevin idarə etdiyi "VAZ 21 074" markalı avtomobil həmyerlisi, 1998-ci il təvəllüdlü Elcan Rəsulovun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub. Ağır xəsarətlər alan F. Fərzəliyev xəstəxanada keçinib. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR