Sabirabadda ağır qəza: İki minik maşını toqquşdu, 3 nəfər öldü
Səhər saatlarında Sabiranad rayonunun Minbaşı kəndində iki avtomobilin toqquşması nəticəsində 3 nəfər həyatının itirib. Bir neçə nəfər yaralı isə xəstəxanaya yerləşdirlib. Faktla bağlı araşdırma aparılır
"Toyota" markalı avtomobillə "Daewoo" markall avtomobilin toqquşması nəticəsində ölənlər Sabirabad rayonunun Minbaşı kənd sakini, 1992-ci il təvəllüdlü Umudov Samir Qurbanəli oğlu, Həşimxanlı kənd sakini, 1993-cü il təvəllüdlü Abuzərova Salatın Rəhman qızı, Minbaşı kənd sakini, 1971-ci il təvəllüdlü Hacıyev Manaf Poladxan oğludur.
Yaralılar- Çölbeşdəli kənd sakiniləri, 1986-cı il təvəllüdlü Hüseynov Sakit Rəvan oğlu, 2017-ci il təvəllüdlü, Umudov Əli Samir oğlu və 2016-cı il təvəllüdlü Umudova Nuray Samir qızı Şirvan xəstəxanasına yerləşdiriliblər.
OXŞAR XƏBƏRLƏR
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç
İlham Əliyev Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirini qəbul etdi
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 193 sakin yurda döndü
Önümüzdəki günlərdə HAVA NECƏ OLACAQ? – AÇIQLAMA
Şərurun hülüsü niyə bu qədər məşhurdur?