Sabirabadda 81 yaşlı kişi 44 yaşlı arvadını qətlə yetirdi
Sabirabadda kənd mollası olan 81 yaşlı kişi 44 yaşlı arvadını qətlə yetirib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, qətl hadisəsi Sabirabad rayonunun Qəzli kəndində baş verib. Həmin kəndin sakini, 1939-cu il təvəllüdlü Eyyubov Yaqub Abas oğlu mübahisə zəminində həyat yoldaşı, 1976-cı il təvəllüdlü Eyyubova Mətanət Əlihüseyn qızını bıçaqlayaraq qətlə yetirib. Ürək nahiyəsindən 2 bıçaq zərbəsi alan 44 yaşlı qadın xəstəxanaya aparılarkən yolda keçinib.
Hadisənin hansı səbəbdən baş verdiyi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Birinci həyat yoldaşı öləndən sonra ikinci dəfə ailə həyatı quran Yaqub Eyyubov 10 il olardı ki, Mətanət Yaqubova ilə evli olub. Hansı səbəbdənsə ahıl kişi özündən təxminən 2 dəfə yaşda kiçik olan həyat yoldaşı ilə mübahisə edərək onu hədələyib. Qorxusundan çölə qaçan qadını qonşunun qapısının qarşısında yaxalayan əri ona ürək nahiyəsindən 2 bıçaq zərbəsi vurub. Yaralı qadın qonşuya qaçaraq elə qapının ağzındaca yerə yıxılıb. Xəstəxanaya aparılarkən yolda keçinib. Qeyd edilir ki, 81 yaşlı kişi kəndin mollası olub.
Qətli törədən Yaqub Eyyubov saxlanılıb.
Faktla bağlı Sabirabad rayon prokuroluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"