Sabirabadda 26 yaşlı gənc qohumu tərəfindən qətlə yetirilib
Sabirabad rayonunda qətl törədilib. Sabirabadda 26 yaşlı gənc qohumu tərəfindən qətlə yetirilib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, qətl hadisəsi dekabrın 11-də saat 22.00 radələrində Sabirabad rayonunun Qaragüney kəndində baş verib. Qaragüney kənd sakini, 1998-ci il təvəllüdlü Muradov İftixar İfram oğlu münaqişə zəminində əmisi nəvəsi, 1994-cü il təvəllüdlü Nuruşov Sakit Elşad oğlunu ürək nahiyəsindən bıçaqlayaraq qətlə yetirib. Qətl hadisəsi İftixar Muradovun yaşadığı evin həyətində baş verib. Bir müddət əvvəl qohumlar arasında yaranan mübahisə qanla bitib. Sakit Nuruşov sərxoş vəziyyətdə onların həyətinə gəlib, onunla birgə atası Elşad Nuruşov da oğlunu sakitləşdirmək üçün həyətə gəlib. İftixar söyüş söydüyünə görə Sakiti atasının yanındaca bıçaqlayaraq qətlə yetirib. Sonucu qanaxmadan elə hadisə yerində keçinib.
Ölən şəxsin meyiti Şirvan şəhər Pataloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzində müayinə olunduqdan sonra yaxınlarına təhvil verilib.
Faktla bağlı Sabirabad prokurorluğunda cinayət işi açılıb araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”