Sabirabad və 4 kənddə karantin rejimi tətbiq olunmağa başlayıb
Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarında dəyişiklik edib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, dəyişikliyə əsasən, xüsusi karantin rejimi dövründə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə giriş-çıxış dayandırılır.
Adı çəkilən kəndlərdə və rayon mərkəzində stasionar postlar yaradılıb və avtomobillərin yoxlanılmasına start verilib. Rayon qeydiyyatı olmayan avtomobillərin şəhərə və adı çəkilən kəndlərə girişi məhdudlaşdırılıb.
Eyni zamanda, şəhər ərazisində qapalı məkanlarda reydlər keçirilir, qoruyucu maskalar paylanılır. Sakinlərlə maarifləndirici söhbətlər aparılır.
Sabirabad Polis Şöbəsinin rəis müavini Aqşin Tağıyev deyir ki, rayon ərazisində 9 stasionar post yaradılıb: “Reydlər zamanı 560-a yaxın inzibati xəta haqqında protokol tərtib olunmuş, hər biri 100-200 manat məbləğində olmaqla aidiyyəti üzrə həmin cərimələrin ödənilməsi təmin olunmuşdur. Buna baxmayaraq, son zamanlar rayon ərazisində yoluxma sayının artması ilə əlaqədar Nazirlər kabinetinin operativ qərargahının göstərişinə əsasən oktyabrın 13-dən saat 00-dan rayon ərazisində karantin qaydaları rejimi tətbiq olunmuşdur. Bununla əlaqədar rayon ərazisində polis əməkdaşları tərəfindən karonavirus infeksiyasının qarşısının alınması üçün rayon polis şöbəsi tərəfindən dislokasiyası hazırlanmış buna uyğun olaraq rayon ərazisinin giriş-çıxışı tam məhdudlaşdırılmış, ərazidə 9 stasionar dayanıqlı post yaradılmış, 5 marşrut üzrə piyada postları yaradılmışdır”.
Rayon İcra Hakimiyyəti başçısının müavini Həsən Həsənov virus aşkarlanan kəndlərə giriş-çıxış tam məhdudlaşdırılıb: “Sabirabad rayonunun araşdırma nəticəsində şəhərdə və ona bitişik Qalağayın, Kürkəndi, Türkədi və Cavad kəndlərində götürülən yaxmalar nəticəsində məlum olub ki, bir neçə adam bu xəstəliyə yoluxub. Ona görə də Operativ Qərargahın göstərişi ilə müvafiq tədbirlər görülür və dünəndən də Sabirabad rayonunun ərazisində karantin rejimi gücləndirilib. Yaradılan Stasionar postlar müvafiq vasitələrlə təmin olunub. Həmin kəndlərdə marşrutlar, lüzumsuz gediş-gəlişlər dayandırılıb”
Qeyd edək ki, Azərbaycanda 2 noyabr saat 06:00-dək xüsusi karantin rejimi tətbiq olunub.
OXŞAR XƏBƏRLƏR
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub