Sabahın hava proqnozu açıqlandı - KÜLƏKLİ OLACAQ
Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, mülayim cənub-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 8-13° isti, Bakıda gecə 3-5° isti, gündüz 10-12° isti olacaq.
Atmosfer təzyiqi 764 mm civə sütunundan 757 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 65-75 %, gündüz 55-60% olacaq.
Fevralın 3-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz oalcaq, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 1-6° isti olacaq.
OXŞAR XƏBƏRLƏR
19:48
505
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
500
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
478
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
16:40
317
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
16:39
315
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
16:37
323