Sabahın hava proqnozu açıqlandı
Martın 31-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gün ərzində fasilələrlə yağıntılı olacağı, yarımadanın bəzi yerlərində arabir intensivləşəcəyi gözlənilir. Axşam Abşeron yarımadasının əsasən şimalında yağışın qısa müddətə sulu qara keçəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 4-7° isti, axşam 3°-dək isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 10-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
OXŞAR XƏBƏRLƏR
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir