Sabahdan minimum pensiya 200 manata çatdırılır

Prezident İlham Əliyevin təsdiqlədiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə ölkəmizdə əmək pensiyasının minimum məbləği sabahdan - oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) APA TV-yə verilən məlumata görə, minimum pensiya 2019-cu il martın 1-dən 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılıb və həmin artım 233 min vətəndaşı əhatə edib.

Sabahdan - oktyabrın 1-dən isə pensiyanın minimum məbləğinin 200 manata çatdırılması 660 min nəfər pensiyaçını əhatə edəcək.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR