Sabaha yağış yağacaq – HAVA PROQNOZU
İyulun 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 28-31, Bakıda gecə 22-24, gündüz 28-30 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Abşeron çimərliklərində güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27 dərəcə isti təşkil edəcək.
Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacaq.
İyulun 22-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda havanın temperaturunun aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi