Sabaha ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb
Sabah Bakıda və Abşeron yarımadasında havanın gün ərzində arabir yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən xəbərə görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq.
Rayonlarda isə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.
OXŞAR XƏBƏRLƏR
17:21
1096
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
17:20
1138
Növbəti köç karvanları yola salınıb
13:38
1155
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
16:28
946
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
1076
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
2985