Sabaha olan hava proqnozu açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti avqustun 30-da ölkə ərazisində gözlənilən hava şəraitini açıqlayıb.
Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 18-22, gündüz 28-32, Bakıda gecə 19-21, gündüz 30-32 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 35-40 faiz təşkil edəcək.
Abşeron çimərliklərində şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.
Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.
Avqustun 30-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
OXŞAR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"