Sabah yağış yağacaq, külək olacaq - PROQNOZ
Noyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin APA TV-yə verdiyi məlumata görə, noyabrın 16-da Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-9, gündüz 12-14, Bakıda gecə 6-8 gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 80-90 faiz olacaq.
Noyabrın 16-da Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9, gündüz 10-15, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”