Sabah necə olacaq? - PROQNOZ
Avqustun 30-na gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında yağmursuz hava olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 19-22° isti, gündüz 33-38° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 34-36° isti olacaq.
Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 25-30 % olacaq. Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək.
Dəniz suyunun temperaturuna gəldikdə, şimal çimərliklərində 23-24° isti, Cənub çimərliklərində 25-26° isti olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 34-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 23-28° isti olacaq.
OXŞAR XƏBƏRLƏR
“Bu, minlərlə vətəndaşın taleyidir” – Viktor Yuşşenko
Beynəlxalq səyyahlar Azıx mağarasında olublar
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib
Ağdaşda xurma yığımının qızğın çağıdır
Oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb