Sabah hava yağmursuz keçəcək - PROQNOZ
Mayın 24-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin APA TV-yə verdiyi məlumata görə, mayın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.
Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 16-21 isti, gündüz 25-30 isti, Bakıda gecə 18-20 isti, gündüz 28-30 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 gündüz 40-45 faiz olacaq.
Nazirlik xəbərdarlıq edir ki, mayın 24-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.
Tibbi-meteoroloji proqnoza görə, mayın 24-də Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Mayın 24-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23 isti, gündüz 30-35 isti, dağlarda gecə 12-17 isti, gündüz 21-26 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Füzuli rayonuna gəlib