Sabah hava necə olacaq? - PROQNOZ AÇIQLANDI
Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 18-20° isti, gündüz 25-28° isti olacaq. Bakıda gecə 18-20° isti, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 14-18° isti, gündüz 28-32° isti, dağlarda gecə 5-10° isti, gündüz 14-19° isti olacaq.
OXŞAR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi