Sabah hava küləkli olacaq – PROQNOZ
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.
ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 19-21, Bakıda gecə 12-14, gündüz 19-21 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz olacaq.
Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-12, gündüz 18-22, dağlarda gecə 2-6, gündüz 8-11 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza görə, oktyabrın 8-9-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
OXŞAR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"