Sabah Bakıda hava yağmursuz olacaq
Dekabrın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 10-13, Bakıda gecə 6-8, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət 60-70 faiz təşkil edəcək.
Dekabrın 15-də Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-4, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 15-16-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
OXŞAR XƏBƏRLƏR
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?