Sabah 20 dərəcə isti gözlənilir – HAVA PROQNOZU
Bakıda və Abşeron yarımadasında martın 26-da havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, bəzi yerlərdə duman olacaq, mülayim şimal küləyi əsəcək. Abşeron yarımadasında gecə 5-8°, gündüz 12-16°, Bakıda gecə 6-8°, gündüz 14-16° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək - 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% olacaq.
Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Gecə 5-10°, gündüz 15-20°, dağlarda gecə 0-5°, gündüz 7-12° isti olacaq.
OXŞAR XƏBƏRLƏR
17:21
197
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
17:20
202
Növbəti köç karvanları yola salınıb
13:38
345
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
16:28
856
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
989
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
2897