Saatlıda qatar yük maşınını vurdu – SÜRÜCÜNÜN QOLU QOPDU
Saatlıda qatar avtomobili vurub, bir nəfər ağır xəsarət alıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlı rayonunun Qarayev kəndi ərazisində, Şirvan-İmişli dəmir yolu xəttinin 28-ci kilometrliyində baş verib.
Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü İsmayıl Məhəmməd oğlu Məhərrəmov idarə etdiyi “ATECO” markalı 90 RM 314 dövlət nömrə nişanlı yük avtomobili ilə qorunmayan dəmir yolu xəttini keçərkən qatarla toqquşub. Nəticədə avtomobilin sürücüsü ağır xəsarətlər alıb. Yaralı sürücü sol qolunun dibdən travmatik amputasiyası ilə təcili yardım avtomobili ilə Şirvan Şəhər Xəstəxanasının cərrahiyə şöbəsində yerləşdirilib və əməliyyata götürülüb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
11:43
997
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
1001
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
1026
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1331
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1919
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1937