Saatlıda pabıq becərən qohumlar kimyəvi maddədən kütləvi zəhərlənib
Saatlı rayonunun Nəsimi kəndində kimyəvi maddədən kütləvi zəhərlənmə olub. Zəhərlənmə hadisəsi fermer Lətifşah Qəhrəmanova məxsus pambıq sahəsində qeydə alınıb. Pambıq sahəsində alaq otlarına qarşı bir müddət öncə səpilən kimyəvi dərman pereparatı öz təsirini saxladığından orada çalışan qadınlar isti günün təsirindən kimyəvi maddənin buxarlanması qadınların nəfəs sistemlərinə təsir edib. Qadınlar arasında toksikiki zəhərlənmə baş verib.
Fermer Lətifşah Qəhrəmanov qeyd edir ki, alaq otlarına qarşı preparatdan ilk dəfə istifadə etdiyidən təhlükəsizlik tədbirləri görməyib. İstifadə etməzdən əvvəl ona zəhərin təsirinin 15 gün və ya bir ay qalıcı olduğu barədə məlumat verilsə də, fermer sahənin alaq otlarından təmizlənməsi üçün öz ailə üzvlərini alaq otlarını təmizləmək üçün sahəyə aparıb və bir neçə dəqiqə keçdikdən sonra o, onların halının pisləşdiyini görüb...
Kənd sahə həkimi tərəfindən zəhərlənən 8 nəfərə ilkin tibbi yardım göstərildikdən sonra onlar dərhal rayon mərkəzi xəsətxanasına aparılaraq orda onlara lazımı yardımlar göstərilərək sidik və qan analizləri götürülərək toksikoloji mərkəzə göndərilib.
Qeyd edək ki, zəhərlənən şəxslər eyni ailənin üzvləri və qohum şəxslərdir..Onlar 37 yaşlı Nurəngiz Şövkətova, 15 yaşlı Zilan Şövkətova, 61 yaşlı Səlamət Qəhrəmanova, 35 yaşlı Arzu Qəhrəmanova, 34 yaşlı Zamirə Qhərəmanova, 27 yaşlı Aygün Şəvgiyeva, 22 yaşlı Ayşəgil Qəhrəmanova, və 27 yaşlı Dilbər Qəhrəmanovadırlar...
Faktla bağlı Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub