Saatlıda iki maşın toqquşdu - 1 ÖLÜ, 3 YARALI
Saatlıda baş verən qəzada sürücü ölüb, 3 nəfər xəsarət alıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə səhər saatlarında Hacıqabul-Horadiz magistralının Saatlı rayonunun Qaranuru kəndindən keçən hissəsində qeydə alınıb.
“Mitsubishi” və “VAZ-2107” markalı avtomobil toqquşub. Nəticədə “VAZ-2107” markalı avtomobilin sürücüsü Saatlı rayon sakini, 1956-cı il təvəllüdlü Nizami Kamran oğlu Cəfərov, sərnişinləri - 1958-ci il təvəllüdlü Əbülfət Ərəstun oğlu Səmədov, 1979-cu il təvəllüdlü Feyruz Əziz oğlu Minbaşıyev və 1977-ci il təvəllüdlü Elşad Yunsur oğlu Teymurov Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səylərinə baxmayaraq, N.Cəfərov aldığı xəsarətlərdən keçinib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:48
728
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
713
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
728
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
16:40
341
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
16:39
335
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
16:37
345