Rusların hücumu nə qədər davam edəcək? - RƏSMİ AÇIQLAMA
“Rusiya rus vətəndaşlarının və şirkətlərinin pullarının üzərinə həbs qoyulmasına simmetrik cavab verəcək”.
APA TV xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev deyib.
“Rusiya vətəndaşlarının və şirkətlərinin xaricdəki pullarına həbs qoymaqla hədələyirlər. Hər kəsə, ayrıca sanksiya olmadan. Qəzəbdən. Buna simmetrik cavab vermək lazımdır. Əcnəbilər və xarici şirkətlərin Rusiyadakı aktivlərinə analoji davranılacaq. Yaxud onların əmlakı milliləşdiriləcək”, - Medvedyev qeyd edib.
O bildirib ki, ABŞ, AB və “anqlosaks dünyasına məxsus” bir çox ölkə bunda iştirakı qəbul edib:
“Yaxşı ki, bizim zəngin təcrübəmiz və bu mövzuda sərt qanunlarımız var. Beləliklə, əyləncə yeni başlayır”.
Dmitri Medvedyev əməliyyatın Putinin dediyi bütün nəticələrin əldə olunana qədər davam edəcəyini də bildirib.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı