Rusiyaya qarşı sanksiyalar Azərbaycana necə təsir edəcək?
Artıq 5 gündür Rusiya-Ukrayna arasında silahlı münaqişə davam edir.
Hər iki ölkənin Azərbaycanla sıx ticari-iqtisadi əlaqələrinin olduğunu nəzərə alsaq, Rusiya-Ukrayna müharibəsi Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyəcək.
Ekspertlər də bildirir ki, Rusiyaya qarşı kəskin sanksiyaların tətbiq olunması qonşu ölkələrə, o cümlədən Azərbaycana mənfi təsir göstərəcək.
İqtisadçı ekspert Natiq Cəfərli qeyd edib ki, Azərbaycanla Rusiya arasındakı keçən ilki dövriyyəsi təxminən 3.2 3.3 milyard dollara yaxındır: “Bu kifayət qədər böyük rəqəmdir. Kənd təsərrüfatı ixracatında Rusiya önəmli bazardır. Çünki bizim kənd təsərrüfatı məhsullarımızın üçdə ikisindən çoxu Rusiya bazarlarına gedir. Və pul köçürmələrinin dayandırılması Rusiyanın bu sistemdən tamamilə ayrılması olarsa, bu qarşılıqlı pul köçürmələrinə təsir edəcək, həm də. Nəticə etibari ilə də Azərbaycanlı iş adamlarına əlavə problemler yarada bilər. Digər bir problem isə Azərbaycanın Rusiyadan idxal etdiyi taxılın qiymətinin yüksəlməsi ilə Rusiyadan gələn taxılın qiymətinin bahalaşması ilə nəticələnə bilər”.
Ekspertlər bildirir ki, artıq Rusiyada ticarətlə məşğul olan soydaşlarımız ciddi maddi problemlərlə üzləşməyə başlayıblar.
Nərmin Murad
APA TV
OXŞAR XƏBƏRLƏR
15 iyun - Milli Qurtuluş Günü: Azərbaycanın taleyini dəyişən ZƏFƏR TARİXİ
15 İyun: Xalqın Ümid, Dövlətin Xilas Günü
Azadlığından sonra Ağdam və Füzulidə ilk dəfə son zəng çalınıb
Bakıda 45 nömrəli məktəb məzunlarını yola saldı - Sonuncu zəng çalındı
Elm və Təhsil Naziri Gəncədə “Son Zəng” tədbirində iştirak edib