Rusiyaya gedənlər qəzaya düşdü: ölən var - SÜRÜCÜ MƏSULİYYƏTSİZLİYİ
Hacıqabul rayonu ərazisində ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının 105-ci kilometrliyində, Nəvahi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Ağstafa sakini, 1992-ci il təvəllüdlü Fərəcov Ramil Rafiq oğlunun idarə etdiyi “Mercedes” markalı 02 BX 514 dövlət nömrə nişanlı avtomobil paytaxt istiqamətində hərəkətdə olarkən “KamAZ” markalı avtomobilə arxadan çırpılıb. Hadisə nəticəsində minik avtomobilində olan sərnişin - 1965-ci il təvəllüdlü İsmayılov Şahin Qəmət oğlu hadisə yerində ölüb. Sürücü və digər sərnişin xəsarətlər alıb. Hadisəyə minik avtomobilinin sürücüsünün sükan arxasında yuxulaması səbəb göstərilir. “Mercedes”dəki səərnişinlərin Rusiyaya getdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."