Rusiyanın hərbi aeroportuna raket zərbəsi endirildi
Rusiyanın Ukrayna ilə sərhəddə yerləşən hərbi aeroportuna ən azı bir raket zərbəsi endirilib.
APA TV-nın CNN-ə istinadən xəbərinə görə, yayılan videolarda uzun mənzilli raketin hava limanına düşməsinin və uçuş-enmə zolağında bir neçə yanğının baş verməsi əks olunur.
CNN-in geolokasiyasına görə, sözügedən hava limanı Ukrayna ilə sərhəddən 10 mil məsafədə yerləşən Rusiyanın Rostov vilayətinin Millerovo şəhəri yaxınlığındakı hərbi aeroportdur.
“Komsomolskaya pravda” qəzeti də bölgədəki mənbələrinə istinadən Ukraynaya məxsus “Toçka-U” raketinin hərbi obyektə zərbə endirməsi barəsində məlumat paylaşıb.
“Rostov Gazeta” da Millerovonun Ukrayna silahlı bölmələrinin hücumuna məruz qalması və yaralılarla bağlı məlumat yayıb.
Rusiyanın Cənub Hərbi Dairəsinə daxil olan Millerovo hərbi aeroportunda Su-30SM qırıcı təyyarələrindən ibarət iki eskadron olduğu bildirilir.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı