Rusiyan Türkiyə və Azərbaycanla qarşı-qarşıya qoyan kimdir?
Azərbaycanın Qarabağ iqtisadi rayonundakı erməni separatçıları sakit oturmalı, vəziyyəti gərginləşdirməməlidirlər.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu “Nasionalnaya Oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko bildirib.
Onun sözlərinə görə, Rusiya indi bütün diqqətini Ukraynada xüsusi hərbi əməliyyat keçirməyə cəmləyib və Cənubi Qafqazda vəziyyətin hər hansı gərginləşməsində qətiyyən maraqlı deyil.
“Lakin əlləri bütün dünyaya geniş uzanan beynəlxalq erməni diasporu genişmiqyaslı münaqişə yaratmaq və ora Rusiyanı cəlb edib Türkiyə və Azərbaycanla qarşı qarşıya qoymaq üçün Qarabağ ermənilərini Azərbaycan hərbçilərinə qarşı təxribatlar törətməyə sövq edir. Üçtərəfli bəyanatda və Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında imzalanmış sonrakı sazişlərdə nəzərdə tutulan erməni qanunsuz silahlı birləşmələrinin Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisindən çıxarılması sabitliyin və vəziyyətin proqnozlaşdırıla bilən inkişafının əsas amilidir”, - deyə rusiyalı hərbi ekspert Telegram kanalında qeyd edib.
OXŞAR XƏBƏRLƏR
Aqrar sahənin inkişafı məsələləri müzakirə edilib, təkliflər səsləndirilib
İsmayıllıda Dağlıq Şirvan iqtisadi zonasının inkişaf perspektivləri müzakirə edilib
Lənkəranda ilk dəfə dronla çəltik toxumu səpildi
Laçında yeni yol xətlənmə və nişanlanma işləri başa çatdırılır
Naxçıvanda əqrəb ferması fəaliyyət göstərir