Rusiyalı jurnalistdən açıqlama
“Xocalı faciəsi hərbi cinayətdir. Hesab edirəm ki, Xocalı faciəsini törətməkdə əli olanların hamısı axtarıb tapılmalı, məhkəməyə verilməlidir".
Bunu APA-nın Moskva müxbirinə açıqlamasında rusiyalı tanınmış jurnalist, ictimai xadim Maksim Şevçenko bildirib.
“Ümid edirəm ki, Azərbaycan Baş Prokurorluğu bu cinayət işini heç vaxt bağlamayacaq. Xocalı Holokost kimidir. Xocalıda sırf başqa millətdən olduğuna, başqa dildə danışdığına və başqa dinə sitayiş etdiyinə görə insanların kütləvi şəkildə öldürülməsi təşkil olunub. Ona görə də bu, soyqırımıdır. Xocalı faciəsini törədənlər təkcə Azərbaycan üçün deyil, bütün bəşəriyyət üçün cinayətkar hesab olunmalıdır. Xocalı faciəsi bizim, rus insanının qəlbindədir. Xocalını təşkil edən qatillər isə Azərbaycan kimi Rusiya üçün də cinayətkardır. Onlar cəzalandırılmalı və ifşa edilməlidir. Bilin ki, bizim mövqeyimiz belədir və biz bu mövqeyi hər zaman dəstəkləyəcəyik”, - seyə Şevçenko vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı