Rusiyadan növbəti təhdid: “MƏHV EDİLƏCƏK”
Ukrayna qoşunları üçün silah-sursat gətirən NATO nəqliyyat vasitələri məhv ediləcək.
APA TV-nin Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib.
“ABŞ və onun NATO müttəfiqləri Ukraynaya silahla təchiz etməkdə davam edirlər. Qeyd edirəm ki, Şimali Atlantika Alyansının Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün ölkə ərazisinə silah və ya materialla gələn istənilən nəqliyyat vasitəsi bizim tərəfimizdən məhv etmək üçün qanuni hədəf hesab olunur”, - deyə Şoyqu vurğulayıb.
Onun sözlərinə görə, xüsusi əməliyyat zamanı Rusiya hərbçiləri cəsarət və şücaət göstərir, öz hərbi borcunu şərəflə yerinə yetirirlər, Donbass əhalisinin təhlükəsizliyini təmin edirlər.
“Rusiya Silahlı Qüvvələri Ali Baş Komandanın qarşıya qoyduğu bütün tapşırıqları yerinə yetirməyə davam edəcək”, - deyə müdafiə naziri əlavə edib.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ