Rusiyada məktəbdəki atışmada ÖLƏNLƏRİN SAYI ARTDI
Rusiyanın İjevsk şəhərində orta məktəbdə atışma nəticəsində ölənlərin sayı 13-ə çatıb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Ölənlərdən 7-sinin məktəbli olduğu bildirilib. Yaralanan 21 nəfərdən 14-nün də uşaq olduğu bildirilir.
Faciə ilə bağlı Udmurtiyada sentyabrın 29-a qədər matəm elan olunub.
Qeyd eedək ki, İjevskin 88 saylı orta məktəbində baş verən hadisə zamanı silahlı şəxs sonda özünü öldürüb.
Rusiya Federasiyasının İstintaq Komitəsi cinayətkarın kadrlarını nümayiş etdirib.
Qurumun Telegram kanalında yayılan görüntülərdə şəxsiyyəti hələlik açıqlanmayan cinayətkarın tamamilə qara geyindiyi və köynəyində qırmızı nasist svastikasının olduğu məlum olub.
OXŞAR XƏBƏRLƏR
18:25
169
“Bu, minlərlə vətəndaşın taleyidir” – Viktor Yuşşenko
16:29
324
Beynəlxalq səyyahlar Azıx mağarasında olublar
16:25
257
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib
16:59
1097
Ağdaşda xurma yığımının qızğın çağıdır
16:58
1017
Oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb
16:56
923