Rusiyada əsir olan matroslara mənzillər veriləcək - ZELENSKİ SÖZ VERDİ
Ukrayna prezidenti bu günlərdə Rusiya tərəfinin azad etdiyi matroslarla görüşüb. APA TV-nin “Reuters”ə istinadən məlumatına görə, Vladimir Zelenski keçmiş əsirlərlə qeyri-rəsmi formatda bir araya gəlib. Marinsk sarayının yaxınlığındakı parkda baş tutan görüşdə dövlət başçısı onlara “prezident saatları” bağışlayıb və bu yaxınlarda Odessada yeni mənzillərlə təmin olunacaqlarını deyib. Zelenski bildirib ki, əsir və girovların mübadiləsi prosesi çətinliklə baş tutub, bu mövzuda gedən danışıqları uzun müddət dövlət sirri kimi qorumaq lazım gəlib. Daha sonra matroslar mətbuata danışıb. Keçmiş əsirlər Rusiyada onlara qarşı nəzakətli davranıldığını bildirib: “Həbsxana həbsxanadır. Orada dost olmur. Bizə qarşı pis davranmayıblar. Amma dar kamerada darıxdırıcıdır. İnsanın ürəyi sıxılır, bütün günü yanan işıq insanın əsəblərinə toxunur”. Matroslar Kerç körfəzində baş verən hadisənin xüsusi plan əsasında baş tutduğunu inkar edib. Məqsədlərinin sülhməramlı olduğunu deyən matroslar həmin an silah işlətməyi ağıllarına belə gətirmədiklərini iddia ediblər: “Biz hara getdiyimizi bilirdik. Bizi əvvəlcədən xəbərdar etmişdilər. Mən hər şeyə hazır idim. Hər hansı sürpriz addım atıla, hətta aqressiya nümayiş etdirilə bilərdi”. Xatırladaq ki, ukraynalı matroslar və üç gəmi ötən ilin noyabr ayında saxlanılıb. Onlar Rusiya su sərhədlərini qanunsuz pozmaqda ittiham ediliblər. 6 gün öncə isə Rusiya ilə Ukrayna arasında “35-ə 35” prinsipi əsasında reallaşan mübadilə zamanı sərbəst buarxılıblar.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."