Rusiyada azərbaycanlıların öldüyü dəhşətli qəzadan görüntülər - ADLARI MƏLUM OLDU
Rusiyanın Rostov vilayətində, M-4 “Don” avtomobil yolunun 958-ci kilometrliyində yol nəqliyyat hadisəsi baş verib. Hadisə iyul 29-da, səhər saat 08:10 radələrində qeydə alınıb. APA TV-nin Rusiya bürosunun məlumatına görə, Moskva-Bakı istiqamətində hərəkətdə olan Allahverdili Eşqin Elxan oğlunun idarə etdiyi 20 EB 289 dövlət nişanlı “Volkswagen Crafter” markalı mikroavtobus Demçenko Aleksandr Nikolayeviçin idarə etdiyi “MAN” markalı yük maşını ilə toqquşub. Toqquşma nəticəsində mikroavtobusun sürücüsü Allahverdili Eşqin Elxan oğlu və sərnişini Musayeva Zəmanə İsmayıl qızı ölüb. Mikroavtobusun digər sərnişinləri Məmmədova Vaxilo Qərib qızı, Cəfərova Nuran Yafi qızı, Salayev Bəxtiyar Vatamur oğlu, Gözəlov İlkin Heydər oğlu, Rufullayev Rauf Faziq oğlu, Təmirov Emil Affar oğlu, Musayev Zaur Nazim oğlu və Mustafayev Namaz İlham oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Rostov vilayətinin Zverevo şəhərinin mərkəzi xəstəxanasına yerləşdiriliblər. Azərbaycanın Rusiyadakı səfirliyindən yaralı həmvətənlərimizlə mütəmadi əlaqə yaradıldığı və məsələnin nəzarətdə saxlandığı bildirilib. Qeyd olunub ki, Rusiya tərəfinin təqdim etdiyi siyahıdakı ad və soyadlarda qeyri-dəqiqlik ola bilər.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."