Rusiya XİN: Ermənistan-Azərbaycan sərhədində yaranmış vəziyyətdən narahatıq
Rusiya Xarici İşlər Nazirliyi 12 iyul tarixində Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən ciddi narahatlığını keçirir.
APA TV-nin Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
"Daxil olan məlumatlara görə, hərbi əməliyyatlar davam edir, artilleriyadan istifadə olunur, ölən və yaralananlar var. Ölənlərin ailələrinə və yaxınlarına başsağlığı veririk. Bölgənin təhlükəsizliyini təhdid edən eskalasiyanın yolverilməz olduğunu düşünürük. Tərəfləri təmkinli olmağa və atəşkəs rejiminə ciddi əməl etməyə çağırırıq. Öz növbəsində Rusiya Xarici İşlər Nazirliyi vəziyyətin sabitləşməsi üçün lazımi köməkliyi göstərməyə hazırdır", - deyə bəyanatda vurğulanıb.
OXŞAR XƏBƏRLƏR
11:43
821
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
811
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
850
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1311
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1900
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1912