Rusiya xarici işlər naziri Ermənistanı işğalçı adlandırdı
Ermənistan Azərbaycanın ərazilərini işğal etmişdi. Azərbaycan torpaqlarını geri qaytardı. APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov “Rossiya-24” telekanalına müsahibəsində bildirib.
0:01
Lavrov KTMT missiyasının Ermənistanın Azərbaycanla sərhəd hissəsində yerləşdirilməsi məsələsinə də toxunub:
“Ermənistan və Azərbaycan Qafqazda vəziyyətin stabilləşdirilməsi yollarını axtarmağa davam edərkən KTMT kömək etməyə hazırdır. Ötən ilin sentyabrında toqquşma zamanı hər iki tərəfdən 300-ə yaxın insan həlak olmuşdu. Biz Ermənistanın xahişini aldıq. KTMT-nin Baş katibi xüsusi ekspertlər missiyası ilə Ermənistan-Azərbaycan sərhədinə getdi və KTMT missiyasının Ermənistanın Azərbaycanla sərhəd hissəsində yerləşdirilməsi planını gətirdi. Bu plan kifayət qədər çoxdan hazır idi. Lakin Ermənistan tərəfi bizi tələsdirmədi və yekunda İrəvanda sammitdə biz müvafiq qərarla bunu bitirdik”.
OXŞAR XƏBƏRLƏR
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
Zəngəzur dəhlizi ilə bağlı danışıqlarda yeni mərhələ - Nazir açıqladı
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanları yola salınıb