Rusiya Ukraynanı necə görmək istəyir?
Biz məsələni diplomatiya yolu ilə həll etmək istəyirdik.
APA TV-nin müxbiri xəbər verir ki, bunu üçtərəfli görüşdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O, ABŞ-a təhlükəsizliklə bağlı təkliflər verdiklərini xatırladıb: “Onlar bizə dedilər ki, Ukrayna bizimdir, nə istəsək onu da edəcəyik”.
Lavrov qeyd edib ki, Rusiya silahsızlaşdırılmış bir Ukrayna istəyir: “Biz silahsızlaşdırılmış Ukrayna, dost Ukrayna, rus dilini və mədəniyyətini qadağan etməyən Ukrayna istəyirik”.
XİN başçısı vurğulayıb ki, Qərbin tək istəyi isə Ukraynanı Rusiyaya qarşı qoymaqdır.
Sergey Lavrov Nüvə müharibəsinin baş verəcəyinə inanmaq istəmədiyini də qeyd edib.
O bildirib ki, bu mövzunu Qərb, xüsusən də NATO ölkələrinin nümayəndələri qaldırır və bu çox narahatedicidir.
Lavrov Rusiyaya tətbiq edilən sanksiyalardan da danışıb. “Sanksiyalar məsələsini elə şəkildə həll edəcəyik və Qərb ölkələrindən asılı olmayacağıq”, - deyə XİN başçısı vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ