Rusiya Ukraynada vurduğu hərbi obyektlərin sayını açıqladı
Ukraynada xüsusi əməliyyat başlayandan bu günə kimi Rusiya Silahlı Qüvvələri Ukraynada 2900-dən çox hərbi infrastruktur obyektini məhv edib.
APA TV-nin Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi general-mayor İqor Konaşenkov bildirib.
Onun sözlərinə görə, Ukraynanın hərbi infrastrukturuna zərbələr davam edir.
Əməliyyat zamanı ümumilikdə Ukraynanın 2911 hərbi infrastruktur obyekti məhv edilib. Onlar arasında 97 təyyarə, 107 pilotsuz uçuş aparatı, 141 hava hücumundan müdafiə sistemləri və zenit-raket kompleksi, 86 radiolakasiya stansiyası postu, 986 tank və digər zirehli döyüş maşını, 107 reaktiv yaylım atəşi sistemi, 368 artilleriya və minaatan qurğusu, 749 ədəd xüsusi təyinatlı hərbi maşın var.
OXŞAR XƏBƏRLƏR
15 iyun - Milli Qurtuluş Günü: Azərbaycanın taleyini dəyişən ZƏFƏR TARİXİ
15 İyun: Xalqın Ümid, Dövlətin Xilas Günü
Azadlığından sonra Ağdam və Füzulidə ilk dəfə son zəng çalınıb
Bakıda 45 nömrəli məktəb məzunlarını yola saldı - Sonuncu zəng çalındı
Elm və Təhsil Naziri Gəncədə “Son Zəng” tədbirində iştirak edib