Rusiya sülhməramlıları yükün Xankəndiyə çatdırılması ilə bağlı vaxt istəyib – APA TV
Rusiya sülhməramlı qüvvələrinin Ağdam-Xankəndi yolu üzərində yerləşən postu yaxınlığında çadırlar qurulub.
APA TV-nin Bakıdan Xankəndiyə göndərilən 40 ton un yüklü avtomobilləri müşayiət edən çəkiliş qrupu xəbər verir ki, çadırlar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) əməkdaşları və ərazidə olan digər şəxslərin gecələməsi üçün nəzərdə tutulub.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev bildirib ki, humanitar yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə müzakirələr davam etdirilir.
Sitat “Hazırda müzakirələr gedir. Bizə bildirdilər ki, məsələ bu axşam həll olunmayacaq, vaxt istədilər. Biz isə humanitar məqsəd və missiyamızı bir daha Rusiya sülhməramlılarının komandanlığına çatdırdıq. Vəziyyətdə hansısa dəyişiklik olsa, bizə məlumat veriləcəyini söylədilər”, - sitatın sonu.
Qeyd edək ki, ki, yük Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən göndərilib.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi