Rusiya qoşunları Ukraynanın daha bir şəhərini tam nəzarətə götürüb
Rusiya Hava Kosmik Qüvvələri ötən gecə Ukraynanın 60 hərbi obyektini vurub.
APA TV-nin Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib.
"Əməliyyat-taktiki və ordu aviasiyası ötən gecə Ukraynanın 60 hərbi obyektinə zərbələr endirib. Onların arasında iki komanda məntəqəsi, iki reaktiv yaylım atəşi sistemi, dörd silah-sursat anbarı, Ukrayna Silahlı Qüvvələrinin 47 silah və hərbi texnikasının toplandığı ərazi var", - deyə Rusiya MN rəsmi nümayəndəsi vurğulayıb.
Konaşenkov onu da əlavə edib ki, ötən gecə Rusiyanın hava hücumundan müdafiə sistemi Staraya Markovka və Xarkov ərazilərində Ukraynanın iki pilotsuz uçuş aparatını məhv edib.
Bundan başqa, Rusiya qoşunları Ukraynanın Xarkov vilayətinin İzyum şəhərini də tam nəzarətə götürüb.
OXŞAR XƏBƏRLƏR
Aqrar sahənin inkişafı məsələləri müzakirə edilib, təkliflər səsləndirilib
İsmayıllıda Dağlıq Şirvan iqtisadi zonasının inkişaf perspektivləri müzakirə edilib
Lənkəranda ilk dəfə dronla çəltik toxumu səpildi
Laçında yeni yol xətlənmə və nişanlanma işləri başa çatdırılır
Naxçıvanda əqrəb ferması fəaliyyət göstərir