Rusiya qanunsuz işləyən miqrantlarla bağlı qərar verdi
Gələn il yanvarın 1-dən qanunsuz əmək fəaliyyəti ilə məşğul olan miqrantlar Rusiyadan deportasiya olunacaq.
APA TV-nin Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, 2020-ci il 1 yanvar tarixindən Rusiya ərazisində qanunsuz əmək fəaliyyəti ilə məşğul olan xarici vətəndaşlar təkcə cərimələnməyəcək, həm də Rusiyadan deportasiya oluna bilərlər.
Qurumdan xatırladılıb ki, Rusiya prezidenti tərəfindən əmək miqrantları üçün tətbiq olunan müvəqqəti tədbirlər dekabrın 31-də başa çatır.
O da vurğulanıb ki, 2020-ci ilin mart ayından 7 milyondan çox əcnəbi qanuni əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazə sənədi alıb. Milyon yarımdan çox xarici vətəndaş isə Rusiyada qalmalarının qanuniliyini tənzimləyə bilib.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı