Rusiya prezidenti Vladimir Putin özünütəcridə yollandı
Rusiya Prezidenti Vladimir Putin yeni növ koronavirus (COVID-19) infeksiyasına görə özünütəcrid rejiminə keçib.
APA TV-nin RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Rusiya Prezidenti Vladimir Putinin Tacikistan Prezidenti Emamoli Rahmonla telefon danışığı baş tutub. Vladimir Putin bildirib ki, onun əhatəsində koronavirusa yoluxma halları qeydə alındığı üçün o, müəyyən bir müddət ərzində özünütəcrid rejiminə riayət etməlidir”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, ötən gün Rusiya lideri paralimpiyaçılarla görüşdə bildirib ki, onun əhatəsində əksər insanlar koronavirusa yoluxub.
Xatırladaq ki, V. Putin koronavirusa qarşı peyvənd olunub. Ona Rusiya istehsalı “Sputnik V” peyvəndi vurulub.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış etdi
Bakıdakı tozlu havanın səbəbi nədir? – HAVA ŞƏRAİTİ KƏSKİN DƏYİŞDİ!
Məktəb ideoloji mübarizə meydanı deyil, ELMİN VƏ SAĞLAM İNKİŞAFIN MƏKANIDIR
İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşdülər
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib