Rusiya nüvə hücumuna hazırlaşır?
“Rusiyanın nüvə silahını istifadə etməsi üçün bir neçə əsası var. Bütün bu əsaslar müvafiq sənəddə öz əksini tapıb və bu ölkənin öz suverenliyini qorumaq qətiyyətini nümayiş etdirir. Amma istənilən çətin vəziyyətdə ən doğrusu danışıqlardı”.
APA TV xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev RİA Novosti-yə müsahibəsində söyləyib.
O, ölkəsinin 4 halda nüvə silahı tətbiq edə biləcəyini vurğulayıb.
O, Rusiyaya nüvə təyinatlı raketlərlə zərbələr endirildikdə, Rusiyaya yaxud müttəfiqlərinə nüvə bombası ilə zərbələr endirildikdə, ölkənin nüvə qüvvələrinin fəaliyyətini iflic edə biləcək vacib infrastruktura hücum olunduqda və nəhayət ölkənin mövcudluğunu təhlükə altına alacaq hücum gerçəkləşdikdə Moskvanın nüvə silahından istifadə edə biləciyini söyləyib.
Sonuncu halda o, Rusiyaya hücumun adi silahlarla gerçəkləşsə belə, nüvə silahı tətbiq olunacağını əlavə edib.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ