Rusiya MN “Vaqner” döyüşçülərinə çağırış etdi
Rusiya Müdafiə Nazirliyi “Vaqner” döyüşçülərinə müraciət edib. APA-nın Moskva müxbiri xəbər verir ki, MN müraciətində vaqnerçiləri silahı yerə qoymağa və dislokasiya yerinə qayıtmağa çağırıb. “Siz Priqojinin cinayətkar avantürasına aldanıb silahlı üsyanda iştirak edirsiniz. Bir çox yoldaşlarınız səhvlərini artıq anlayıb, daimi dislokasiya yerlərinə təhlükəsiz qayıtmaq imkanını təmin etmək üçün müraciət ediblər. Artıq müraciət edən bütün döyüşçülərə, komandirlərə tərəfimizdən belə yardım göstərilib. Sizdən ehtiyatlı olmağınızı və mümkün qədər tez Rusiya Müdafiə Nazirliyinin və ya hüquq-mühafizə orqanlarının nümayəndələri ilə əlaqə saxlamağınızı xahiş edirik. Hər kəsin təhlükəsizliyinə zəmanət veririk”, - deyə müraciətdə bildirilib.
OXŞAR XƏBƏRLƏR
20:35
958
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
19:51
997
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər
19:50
935
Bir vaxtlar səssizliyə qərq olan bu dağlarda indi həyat qaynayır
19:26
1249
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç
19:11
1201
İlham Əliyev Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirini qəbul etdi
10:12
1570