Rusiya MN: Ukraynadakı bioloji laboratoriyalarla bağlı yeni sənədlər təqdim edəcəyik
Rusiya Silahlı Qüvvələri Ukraynada keçirdiyi xüsusi əməliyyat zamanı 181 təyyarə və helikopteri, həmçinin 172 pilotsuz uçuş aparatı məhv edib.
APA TV-nin Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
Onun sözlərinə görə, ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi Ukraynanın 181 təyyarəsi və helikopteri, 172 pilotsuz uçuş aparatı, 170 zenit-raket kompleksi, 1379 tank və digər zirehli döyüş texnikası, 133 reaktiv yaylım atəş sistemi, 514 səhra artilleriya və minaatan qurğusu, o cümlədən 1168 ədəd xüsusi təyinatlı hərbi maşın məhv edilib.
İqor Konaşenkov həmçinin bildirib ki, Ukraynadan Böyük Britaniya və digər Avropa ölkələrinə külli miqdarda insan biomateriallarının aparılmasına dair yeni sənədlər təqdim ediləcək.
“Yaxın vaxtlarda biz bioloji laboratoriyaların ukraynalı əməkdaşlarından alınan yeni sənədlər paketini dərc edəcəyik və onların müayinəsinin nəticələrini təqdim edəcəyik”, - deyə rusiyalı general vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ