Rusiya ilə sərhəddə sıxlıq - SƏBƏB NƏDİR?
Azərbaycan-Rusiya sərhədində yerləşən “Samur” gömrük postunda Rusiya Federasiyasına hərəkət edən yük avtomobillərinin uzun növbəsi yaranıb.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, gömrük keçid məntəqəsində 500-dən yuxarı maşın qarşı tərəfə keçmək üçün növbə gözləyir.
“Samur” gömrük postundan APA TV-nin yerli bürosuna verilən məlumata görə, sıxlığın yaranmasına səbəb tranzit və mövsümlə əlaqədar Azərbaycandan Rusiyaya yük daşıyan nəqliyyat vasitələrinin sayının artmasıdır.
Həmçinin bildirilib ki, "Samur" gömrük postunun ixrac nəzarət xətti vasitəsilə gündəlik 250-ə qədər yük nəqliyyat vasitəsinin keçidi təmin edilir. Azərbaycan tərəfdən bu sayı artırmaq mümkündür, lakin Rusiya tərəfində yerləşən gömrük-keçid məntəqəsinin infrastrukturu bu sayda yük nəqliyyat vasitəsinin keçidini təmin etməyə imkan vermir.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşdülər
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib
Media və Yayım Şurası AÇIQLAMA YAYDI
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu