Rusiya bu silahların istehsalına başladı
Rusiya S-500 (Prometey) hava hücumundan müdafiə sisteminin artıq seriyalı istehsalına başlayıb.
APA TV-nin Moskva müxbiri xəbər verir ki, bu barədə - “Almaz-Antey” hava kosmik müdafiə konserninin baş direktoru Yan Novikov bildirib.
“Hazırda yerli elm və texnologiyanın ən son nailiyyətlərindən istifadə etməklə S-500 hava hücumundan müdafiə sisteminin seriyalı istehsalı təşkil olunub. Bu sistemin döyüş qabiliyyəti əvvəllər yaradılmış Zenit-Raket Sistemləri və Zenit-Raket Komplekslərinin imkanlarını xeyli üstələyir. S-500 gücünə görə Rusiya hava kosmik müdafiə qoşunlarının əsası olmağa qadirdir. O, dövlətin müdafiə sifarişi ilə müəyyən edilmiş vaxt çərçivəsində qoşunların tərkibinə daxil olacaq”, - deyə Novikov “Nasionalnaya Oborona” jurnalına müsahibəsində bildirib.
Qeyd edək ki, S-500 "Prometey" yeni nəsil yer-hava tipli hava hücumundan müdafiə sistemlərinə aiddir. S-500-ün hədəfi vurma radiusu təxminən 600 kilometrdir.
OXŞAR XƏBƏRLƏR
Lənkəranda ilk dəfə dronla çəltik toxumu səpildi
Laçında yeni yol xətlənmə və nişanlanma işləri başa çatdırılır
Naxçıvanda əqrəb ferması fəaliyyət göstərir
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon yük yola salındı
Lənkəranda baramaçılıqda bu il yüksək məhsuldarlıq gözlənilir