Rus turistlərlə dolu avtobus qəzaya düşdü
Belarusun Vitebsk vilayətində rusların olduğu turist avtobusu “Renault” markalı minik avtomobili ilə toqquşub.
Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 40-dan çox sərnişin yaralanıb.
Minik maşınının sürücüsü, 31 yaşlı Kriçev şəhər (Mogilyov vilayəti) sakini yerindəcə dünyasını dəyişib.
Belarus Səhiyyə Nazirliyi qəza nəticəsində 41 rusiyalının yaralandığını, onlardan 6-nın vəziyyətinin ağır, 18-nin vəziyyətinin orta-ağır, qalanlarının isə yüngül olduğunu bildirib.
Belarusdakı Rusiya diplomatları baş verənlərdən xəbərdar edilib.
Hadisə yerinə müstəntiqlər, kriminalistlər, yol polisi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, həmçinin həkimlər cəlb edilib.
Faktla bağlı cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR
16:29
790
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
16:12
787
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
17:12
1351
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
17:11
963
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
17:10
917
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
18:19
1792