Ruandada torpaq sürüşməsi 12 nəfərin həyatına son qoyub
Ötən gün Ruandada güclü yağışlardan sonra baş verən torpaq sürüşməsi nəticəsində 12 nəfər ölüb.
APA TV-nin “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Ruandanın Yerli İdarəetmə naziri Anastase Şyaka bildirib.
Güclü yağışlar nəticəsində paytaxt Kiqali və ətraf ərazilərə ciddi ziyan dəyib.
Qeyd edək ki, 2019-cu il Şərqi Afrikada güclü yağışlar müşahidə olunub. Ruanda Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, bu ilin 9 ayı ərzində yağan yağışların səbəb olduğu güclü daşqınlar və torpaq sürüşmələri nəticəsində 234 nəfər ölüb, 268 nəfər yaralanıb. Təbii fəlakət nəticəsində 4 mindən çox ev dağılıb, 6 min hektar əkin sahəsinə ziyan dəyib.
OXŞAR XƏBƏRLƏR
17:47
525
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
17:21
419
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
17:20
419
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
19:48
817
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
781
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
801