“RİA Novosti” qalmaqallı müsahibəni sildi
Rusiyanın “RİA Novosti” agentliyi bir neçə gün əvvəl öz saytında paylaşdığı Azərbaycan ərazilərindəki qanunsuz qurumun qondarma naziri Artak Beqlaryan ilə müsahibəni silib.
APA TV xəbər verir ki, saytda sözügedən müsahibəyə daxil olduqda materialın silindiyi qeyd olunur.
Xatırladaq ki, A.Beqlaryan ilə müsahibədən sonra Azərbaycanda “RİA Novosti” bloklanıb. Məsələyə münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, Rusiyanın dövlət məlumat agentliyinin Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış edən, böhtan xarakterli və separatçı meylləri təşviq edən məlumatları yayması Azərbaycanla Rusiya arasında mövcud olan dostluq münasibətlərinin ruhuna uyğun gəlmir və ciddi təəssüf doğurur.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi