Reytinq üçün körpəsinə siqaret çəkdirdi: “Ana, yaxud ata uşağa zorakılıq edir” – APA TV
Sosial şəbəkələrdə bir nəfərin körpəyə tütün məmulatları çəkdirməsini əks etdirən görüntülər yayılıb. 1 yaşlı övladını hüquqazidd hərəkətə məruz qoyan 1993-cü il təvəllüdlü Nəbili Məhəmməd müəyyən olunaraq saxlanılıb. O, bu addımını sosial şəbəkələrdə auditoriya toplamaq istəyilə izah edib. Daxili İşlər Nazirliyi onun barəsində qanunvericiliyə uyğun olaraq tədbir görüb. Qeyd edək ki, olay insanlar arasında etiraza səbəb olub. Komitədən o da bildirildi ki, belə hallarla bağlı müraciətlər daxil olur. Müraciətlərin çoxu anonim xarakter daşıyır.
Belə davranışlar azyaşlı psixologiyasına mənfi təsir göstərir. Hətta gələcəkdə yeniyetmələrdə pis vərdişlər yaradır.
Bu cür hallarda valideynlər məsuliyyətli olmalı, zərərli vərdişlərin uşaqların sağlamlıq və gələcəyinə necə ciddi ziyan vurduğunu bilməlidirlər. Qeyd edək ki, Azərbaycanda yetkinlik yaşına çatmayan şəxslərə tütün məmulatlarının satılması və onlara bu məmulatlardan istifadənin təşviqi qadağandır. Bu kimi əməllər qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır. Aygün Carçıyeva
OXŞAR XƏBƏRLƏR
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç
İlham Əliyev Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirini qəbul etdi
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 193 sakin yurda döndü
Önümüzdəki günlərdə HAVA NECƏ OLACAQ? – AÇIQLAMA
Şərurun hülüsü niyə bu qədər məşhurdur?